“Express Bank”ın mənfəəti 78% artıb

“Express Bank”ın mənfəəti 78% artıb
13:32 30 Aprel 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

“Express Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 322,438 milyon manat təşkil edib.
“Report” bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 9,1% azdır.
“Express Bank”ın aktivlərinin 216,832 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə bankın kredit portfeli 16,8% böyüyüb.
Hesabat dövründə “Express Bank”ın cəmi öhdəlikləri 4% azalaraq 201,526 milyon manata, o cümlədən depozit portfeli 14,7% azalaraq 155,41 milyon manata, Bankın cəmi kapitalı isə 16,4% azalaraq 120,912 milyon manata düşüb.
Bu ilin I rübündə “Express Bank”ın faiz gəlirləri 9,318 milyon manat (ötən ilin I rübünə nisbətən 28,9% çox), faiz xərcləri 2,47 milyon manat (25,3% çox), qeyri-faiz gəlirləri 3,54 milyon manat (48,3% çox), qeyri-faiz xərcləri 8,593 milyon manat (7,8% çox), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 459 min manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Son nəticədə Bank rübü 1,336 milyon manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 78,4% çoxdur.
Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 137,257 milyon manatdır. Bankın səhmlərinin səhmlərinin 40%-i “Azenco Group”a, 25%-i Hikmət Xammədova, 17,69%-i “Enerqoservis” MMC-yə, 17%-i Hafiz Seyidova, 0,31%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/express-bank-in-menfeeti-78-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR