Azərbaycanın bu voleybol klubları ləğv edildi

Azərbaycanın bu voleybol klubları ləğv edildi
13:44 30 Aprel 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda iki voleybol klubu fəaliyyətini dayandırıb. 
 
ONA-nın məlumatına görə, “Abşeron” və “Lokomotiv” komandaları ləğv olunmaları ilə bağlı Vergilər Nazirliyinə müraciət edib. 
 
Qeyd olunur ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva 230 ünvanına bildirə bilərlər.
 
“Abşeron” yalnız qadın voleybolçular arasında keçirilən Super Liqada çıxış edirdisə, “Lokomotiv” həm qadınlar, həm də kişilər arasında baş tutan ölkə çempionatında mübarizə aparıb. 
 
Bu mövsüm 4 komanda arasında oynanılan Super Liqada “dəmiryolçular” ikinci olduğu halda, “Abşeron” bürünc medal qazanıb. 
 
Kişi voleybolçulardan ibarət “Lokomotiv” klubu isə son 3 mövsümdə Azərbaycan çempionu tituluna yiyələnib. Onlar ölkəmizi "Çelenc Cup"da da təmsil ediblər.
 
Qeyd edək ki, hər iki komanda 2016-cı ildə yaradılmışdı. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313027

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR