Tramp gündə neçə yalan danışır?

Tramp gündə neçə yalan danışır?
14:03 30 Aprel 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp hakimiyyətə gələn gündən bu vaxta qədər 10 mindən çox yalan və çaşqınlıq yaradacaq iddialar irəli sürüb.

Publika.az xəbər verir ki, ABŞ-ın ən çox oxunan qəzetlərindən “Washington Post” bu iddia ilə çıxış edib.

Qəzetin yazdığına görə, Tramp gün ərzində orta hesabla 23 yalan danışır. O, seçkidən sonrakı 601 gün ərzində 5 mindən çox yalan və çaşdırıcı ifadə işlədib. Bu il aprelin 26-na olan məlumata görə seçkidən bu vaxta qədər Trampın yalan ifadələrinin sayı 10 mini keçib.

Qəzet Trampa istinad edilən hər bir bəyanatı məlumatların yoxlanılması xidmətinin araşdırılmasına əsaslanaraq topladıqlarını yazır.

ABŞ prezidenti təkcə 25-27 aprel tarixlərində 171 yalan və çaşdırıcı iddia irəli sürüb. Bununla da seçkidən sonrakı 5 ay ərzində ən çox yalan dediyi ay olduğu müəyyən edilib.

Qəzet yazır ki, Trampın çaşdırıcı və yalnız iddialarının 1/5- i miqrantlarla bağlıdır.

Qeyd edək ki, Donald Tramp da tez-tez yerli medianı “yalan xəbərlər” hazırlamaqda ittiham edir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/277210.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR