"Keşlə"nin futbolçusu oyundan sonra pəncərəni sındırdı, ziyanı klub ödəyəcək

"Keşlə"nin futbolçusu oyundan sonra pəncərəni sındırdı, ziyanı klub ödəyəcək
14:17 30 Aprel 2019
86 İdman
Ölkə mətbuatı
A- A+

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Milli.Az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar verilib.

Azərbaycan Premyer Liqasının XXVI turunun "Sabah" - "Keşlə" matçında  "Keşlə" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Oyun başa çatdıqdan sonra "Keşlə" klubunun futbolçusu Edvinas Girdvainis stadionun koridorunun pəncərəsini əli ilə sındırıb. Stadiona dəymiş ziyan "Sabah" klubunun təqdim edəcəyi hesabat əsasında "Keşlə" klubu tərəfindən ödənilsin.

Azərbaycan Premyer Liqasının XXVI turunun "Zirə" - "Qarabağ" matçında "Zirə" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Azərbaycan Premyer Liqasının XXVI turunun "Səbail" - "Qəbələ" matçında "Səbail" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/750936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR