VİSA: “Bəzi ölkələr ödəmə sistemi qaydalarını pozur”

VİSA: “Bəzi ölkələr ödəmə sistemi qaydalarını pozur”
14:17 30 Aprel 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

“Müəyyən risklərə görə ödəmə kartları vasitəsilə gələn maliyyə axınlarını bağlayan ölkələr var, və bu problemi aradan qaldırılması üçün hər bir bank və ticarət nöqtəsi ilə ayrı-ayrılıqda iş aparılmalıdır. Kartlar qəbul edilmirsə bu ödəmə sistemi qaydalarının pozulması deməkdir”. 
Bunu “Report”a eksklüziv müsahibəsində VİSA şirkətinin Baş vitse-prezidenti, MDB və Cənub-Şərq Avropa ölkələri (CİSSEE) üzrə direktoru Vera Platonova Türkiyənin bəzi saytlarının onlayn ticarət zamanı Azərbaycan banklarına məxsus plastik kartları qəbul etməməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
V.Platonova qeyd edib ki, təmsil etdiyi şirkət Azərbaycan banklarına məxsus plastik kartların tanınması üçün VİSA şirkəti danışıqlar aparır:
“Biz hazırda bu iş üzərində çalışırıq və belə hallar gördükdə Azərbaycan bankalarının xəbərdarlıq etmələrini xahiş edirik, belə olduqda izləmək daha asan olur".
Qeyd edək ki, bir müddət öncə “Mastercard” şirkəti açıqlama yayaraq bildirmişdi ki, Azərbaycan banklarına məxsus “Mastercard” istifadəçilərinin Türkiyə alış-veriş saytlarından rahat istifadə etməsi üçün həmin saytlarla razılıq əldə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/vi-sa-bezi-olkeler-odeme-sistemi-qaydalarinin-pozur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR