Türkiyənin xarici ticarət balansının mənfi saldosu 67% azalıb

Türkiyənin xarici ticarət balansının mənfi saldosu 67% azalıb
15:27 30 Aprel 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-mart aylarında Türkiyənin ixracının dəyəri 42,249 mlrd. ABŞ dolları, idxalının dəyəri isə 49,02 mlrd. dollar təşkil edib.
"Report" qonşu ölkənin stastistika qurumuna istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,7% çox və 20,9% azdır.
Son nəticədə 2019-cu ilin ilk 3 ayında Türkiyənin xarici ticarət balansının mənfi saldosu 6,771 mlrd. dollar olub ki, bu da illik müqayisədə 67,4% azdır.
Ayrıca bu ilin mart ayında isə Türkiyənin ixracının dəyəri 15,486 mlrd. dollar, idxalının dəyəri isə 17,622 mlrd. dollar təşkil edib. Bu, ötən ilin mart ayına nisbətən 0,4%17,8% azdır. Beləliklə, ay ərzində qonşu ölkənin xarici ticarət balansının mənfi saldosu 2,137 mlrd. dollar olub ki, bu da illik müqayisədə 63,7% azdır.
Son 1 ildə ixracın idxalı qarşılama nisbəti isə 72,6%-dən 87,9%-ə yüksəlib. Hesabat dövründə Türkiyənin xarici ticarət dövriyyəsi isə 8,6% azalaraq 29,32 mlrd. dollara düşüb.
Ötən ay Türkiyə ən çox Almaniyaya mal ixrac edib - 1,403 mlrd. dollarlıq. Növbəti yerlərdə Böyük Britaniya (855 mln. dollar), İtaliya (827 mln. dollar), İraq (782 mln. dollar) qərarlaşıb.
Martda Türkiyənin idxalda əsas tərəfdaşı isə Rusiya olub. Bu ölkədən 1,969 mlrd. dollarlıq mal idxal edilib. Növbəti yerləri Almaniya (1,615 mlrd. dollar), Çin (1,405 mlrd. dollar) və ABŞ (940 mln. dollar) tutublar.
Bu ilin martında Avropa İttifaqının Türkiyəyə ixracdakı payı bir ildə 51,3%-dən 48,7%-ə düşüb. 2019-cu ilin yanvar-mart ayları ərzində isə ötən ilin eyni dövrü ilə müqayisədə 51,8%-dən 50,3%-ə düşüb. Martda Türkiyənin Avropa İttifaqı ölkələrinə həyata keçirdiyi ixracın həcmi ötən ilin mart ayı ilə müqayisədə 5,4% azalaraq 7,540 mlrd. dollar təşkil edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/turkiyenin-xarici-ticaret-balansinin-menfi-saldosu-67-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR