“İxrac İcmalı”nın aprel sayı

"2019-cu ilin I rübü ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (38,4 milyon ABŞ dolları) birinci, qabığı təmizlənmiş meşə fındığı (38,4 milyon ABŞ dolları) ikinci və mahlıc (37,4 milyon ABŞ dolları) üçüncü olub".

Metbuat.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn “İxrac İcmalı”nın 2019-ci ilin aprel sayı ilə bağlı mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə,2019-cu ilin birinci rübü ərzində meyvə-tərəvəz ixracı 103,5 milyon, elektrik enerjisinin ixracı 38,4 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 48,4 milyon, pambıq lifi ixracı 37,7 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 22,3 milyon, kimya sənayesi məhsullarının ixracı 17,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 11,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 7,5 milyon, pambıq ipliyi ixracı 6,4 milyon ABŞ dolları təşkil edib".

Onun sözlərinə görə,

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında pambıq lifinin ixracı 2,8 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,8 dəfə, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 50 faiz, kimya sənayesi məhsullarının ixracı 42 faiz, pambıq ipliyinin ixracı 34 faiz, meyvə-tərəvəzin ixracı 28 faiz, elektrik enerjisinin ixracı 13 faiz artıb.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR