Məşhur diktora AzTV-də vəzifə verildi

Məşhur diktora AzTV-də vəzifə verildi
15:28 30 Aprel 2019
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Televiziyasının tanınmış siması Dilarə Səlimə vəzifə verilib. Belə ki, məşhur diktor mədəniyyət xəbərləri bölməsinin redaktoru təyin olunub.

Dilarə xanım Publika.az-a açıqlamasında bildirib əslində bir il yarım öncəyə qədər bu bölmənin redaktoru kimi çalışıb. Sonra isə öz istəyi ilə tutduğu vəzifədən ayrılıb.

“Artıq yenidən dəvət olundum və razılaşdım. Ümid edirəm ki, təqdim etdiyimiz xəbərlərlə tamaşaçıların zövqünü oxşaya biləcəyik”.

Xatırladaq ki, Dilarə Səlim 1990-cı ildən AzTV-də çalışır.

Leyla Sarabi


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/277242.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR