Venesuelada hakimiyyətin hərbi yolla devrilməsinə cəhd olub

Venesuelada hakimiyyətin hərbi yolla devrilməsinə cəhd olub
15:32 30 Aprel 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

Venesuela müxalifətinin lideri Xuan Quaido paytaxt Karakas şəhərində bəzi hərbi hissələrin komandirləri ilə əlaqə saxlayaraq “Azadlıq” əməliyyatının son mərhələsinə başladıqlarını açıqlayıb.
“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, X.Quaido sosial mediada La Karlota hərbi hava bazasında çəkildiyi iddia etdiyi, hərbçilərə növbəti addımları bildirdiyini əks edən video da yerləşdirib.
Quaido yazıb: Venesuela xalqı hakimiyyət qəsbinin sonua dair qərarını verib. Bu dəqiqə Azadlıq əməliyyatının son mərhələsinnə başlamaq üçün hərbi qüvvələrimizin komandanları ilə görüş keçirirəm”.
Quaido həmçinin milli ordunun doğru qərar verdiyini də bildirib.
Bununla bağlı informasiya naziri Xorge Rodriquez “Twitter”dəki səhifəsində “Venesuela kiçik qrup hərbi xain tərəfindən qarşıdurmaya və məhv olmağa sürüklənir” deyə yazıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/venesuelada-hakimiyyetin-herbi-yolla-devrilmesine-cehd-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR