Mart ayında qeyri-neft sektoru üzrə ixrac

"2019-cu ilin mart ayında isə qeyri-neft sektoru üzrə ixrac 133,7 milyon ABŞ dolları təşkil edib".

Metbuat.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn “İxrac İcmalı”nın 2019-ci ilin aprel sayı ilə bağlı mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, bu ilin mart ayında qeyri-neft sektoruna aid ən çox mal Türkiyəyə (35,7 milyon ABŞ dolları), Rusiyaya (33,3 milyon ABŞ dolları) və Gürcüstana (13,2 milyon ABŞ dolları) ixrac edilib.

2019-cu ilin mart ayında qeyri-neft sektoru üzrə ixracda qabığı təmizlənmiş meşə fındığı (13,7 milyon ABŞ dolları) birinciliyi ələ alıb:

"Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 12,3 milyon ABŞ dolları) ikinci, daranmaya məruz qalmamış pambıq lifi (11,4 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR