Azexport.az portalına daxil olan ixrac sifarişlərinin

"2019-cu ilin yanvar-mart aylarında Azexport.az portalına 178,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub".

Metbuat.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn “İxrac İcmalı”nın 2019-ci ilin aprel sayı ilə bağlı mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, bu ilin mart ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 32,8 milyon ABŞ dolları təşkil edib:

"Mart ayı ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya(11,5%), Türkiyə (9,9%), ABŞ (7%), Hindistan (6,6%) və Gürcüstan (5,3%) qərarlaşıb.

Cari ilin mart ayında ən çox ixrac sifarişi pambıq lifi, pambıq yağı, soğan, tütün, şərab, nar şirəsi, çay, qənnadı məhsulları, konservləşdirilmiş tərəvəz, kosmetik vasitə, gül, fındıq, tikinti materialı, mühərrik yağı, dondurulmuş toyuq əti, biyan kökü və s. mallara daxil olub.

2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 mart tarixinə kimi (27 ay ərzində) Azexport.az portalına dünyanın 126 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 167,5 milyon ABŞ dolları təşkil edib".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR