"İnqilab Keşikçiləri"ndən sonra onlar da terror təşkilatı kimi tanınacaq

"İnqilab Keşikçiləri"ndən sonra onlar da terror təşkilatı kimi tanınacaq
15:53 30 Aprel 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp “Müsəlman qardaşlar”ı terror təşkilatı elan edə bilər.

Publika.az xəbər verir ki, bunu Misirdə dövlət çevrilişi ilə hakimiyyətə gələn Əbdülfəttah Sisi Trampdan xahiş edib.

Sisi ABŞ və Avropa İttifaqı ölkələri ilə münasibətlərini inkişaf etdirmək cəhdləri göstərir və bu çərçivədə “Müsəlman qardaşlar”ının terror təşkilatı kimi tanınmasını təmin etmək istəyir. “Nyu-York Tayms”ın xəbərinə görə, Sisi Donald Tramp ilə mətbuata qapalı gerçəkləşdirdiyi görüşdə Trampdan bunu rica edib. ABŞ prezidenti də bu təklifə müsbət cavab verib.

Qeyd edək ki, Əbdülfəttah Sisi 3 iyul 2013-cü ildə Misirdə dövlət çevrilişi edərək hakimiyyətə gəlib. Sisi “Müsəlman Qardaşları”n ı diktaturasına təhdid hesab edir.

Xatırladaq ki, ABŞ son olaraq İran Silahlı Qüvvələrinin İnqilab Keşikçiləri Korpusunu xarici terror təşkilatları siyahısına daxil edib. ABŞ İranı terroru maliyyələşdirməkdə və nüvə proqramını genişləndirməkdə ittiham edərək müxtəlif dövrlərdə ağır sanksiyalara məruz qoyub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/277245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR