ADNSU-da 30 aprel terror hadisəsi qurbanlarının xatirəsi yad edilib

ADNSU-da 30 aprel terror hadisəsi qurbanlarının xatirəsi yad edilib
15:57 30 Aprel 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Bu barədə "Report"a ADNSU-dan məlumat verilib. 
Universitetin professor-müəllim heyəti, tələbələr, terror qurbanlarının yaxınlarının iştirak etdiyi anım mərasimi faciə qurbanlarının xatirəsinə qoyulan barelyefin önündə başlayıb. Barelyefin önünə ADNSU kollektivi adından əklil qoyulub, gül dəstələri düzülüb.
Tədbirdə çıxış edən ADNSU-nun rektoru Mustafa Babanlı 10 il əvvəl baş verən dəhşətli terror hadisənin hər kəsin qəlbində dərin iz buraxdığını bildirib. 
Həmin gün ADNSU-nun çox qiymətli müəllim və tələbələrini itirdiyini deyən rektor M.Babanlı onların xatirəsinin universitetdə daim əziz tutulacağını qeyd edib.
Daha sonra tədbir iştirakçıları ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə tələbələrin 30 aprel faciəsinə həsr etdikləri rəsmlərdən ibarət sərgi ilə tanış olublar.
Sonra 30 aprel hadisəsindən bəhs edən və universitetin istehsalı olan “Bir sal yADıNA” sənədli filmi nümayiş olunub. Filmə baxışdan sonra rektor, professor M.Babanlı belə bir terror hadisənin bir daha baş verməyəcəyinə inandığını qeyd edib və ölkəmizin inkişafına eləcə də təhsilə töhfə verməklə onların ruhu qarşısında öz borcumuzu yerinə yetirə biləcəyimizi bildirib.
Terror aktı qurbanlarının yaxınları öz fikirlərini bölüşüb, həlak olanların xatirəsinin universitetdə daim yad edilməsinə görə təşəkkürlərini ifadə ediblər.
Təhsil naziri Ceyhun Bayramov ADNA-da törədilmiş terror hadisəsi qurbanlarının xatirəsini yad etmək üçün universitetdə olub.
Nazir C.Bayramov terror qurbanlarının xatirəsinə qoyulmuş barelyefin önünə gül dəstəsi qoyduqdan sonra həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verərək 10 il əvvəl baş verən terror aktını pisləyərək terrorizmə qarşı mübarizənin gücləndirilməsinin əhəmiyyətindən danışıb.























Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/adnsu-da-30-aprel-terror-hadisesi-qurbanlarinin-xatiresi-yad-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR