Əməkdar artist canlı yayımda zülüm-zülüm ağladı - Bizim evdə... - FOTO

Əməkdar artist canlı yayımda zülüm-zülüm ağladı - Bizim evdə... - FOTO
16:05 30 Aprel 2019
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən 62 yaşı tamam olan əməkdar artist Rəhman Rəhmanov "5/5"in qonağı olub.

Milli.Az xəbər verir ki, məşhur aktyorun doğum gününə həsr edilən buraxlışın qonaqları sırasında efirə təşrif buyuran xanəndə Zakir Əliyevin ifası Rəhman Rəhmanovu ağladıb.

Onun ifa etdiyi "Biri vardı, biri yox" mahnısı əməkdar artistin canlı yayımda ağlamağına səbəb olub.

Qeyd edək ki, müğənni oğlu Emil Rəhmanovun iki dəfə həbs edilməsindən sonra, Rəhman Rəhmanovun səhhətində ciddi problemlər meydana gəlib.

Xatırladaq ki, Zakir Əliyevin ifa etdiyi "Biri vardı, biri yox" mahnısının sözləri mərhum şair Nüsrət Kəsəmənliyə məxsusdur:

Uzaqdaydı mən istəyən ocaqlar,

Ürəyimdən gəlib keçdi sazaqlar.

Atalıydı, analıydı uşaqlar,

Bizim evdə biri vardı, biri yox.

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/750991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR