Suriyada Türkiyə hərbçilərinə hücum olub, ölən və yaralananlar var

Suriyada Türkiyə hərbçilərinə hücum olub, ölən və yaralananlar var
16:07 30 Aprel 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Suriyanın Aziz şəhərində Türkiyə Silahlı Qüvvələrinin karvanına PKK/YPG-PYD terrorçularının hücumu nəticəsində 1 hərbçi şəhid olub, 3-ü yaralanıb.
“Report” “DHA”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirlib.
Hadisə hərbçilərin Aziz və Afrin şəhərləri arasında yerləşən bazaya gedişi zamanı baş verib. Həmin baza Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birgə keçirdiyi “Fırat kalkanı” və “Zeytun budağı” antiterror əməliyyatları nəticəsində terrorçulardan azad edilib. 
Türkiyə ordusu hücuma cavab verib və terrorçuların Minnaq bölgəsindəki mövqeləri atəşə tutulub. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/suriyada-turkiye-herbcilerine-hucum-olub-olen-ve-yaralanan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR