Alma yeməsə ağlayan, dua etmədən səhnəyə çıxmayan ULDUZLAR - MƏŞHURLARIN QƏRİBƏ XASİYYƏTLƏRİ

Alma yeməsə ağlayan, dua etmədən səhnəyə çıxmayan ULDUZLAR - MƏŞHURLARIN QƏRİBƏ XASİYYƏTLƏRİ
16:17 30 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Məşhurların da özlərinə xas xasiyyətləri var.

Milli.Az "ölkə.az"a istinadən bu gün oxucularına bəzi məşhurların qəribə xasiyyətləri barədə məlumat verəcək.

Bərgüzar Korelin yeməklə bağlı müəyyən qəribə vərdişləri var. Plovu çox sevən aktrisa südlü sıyığı xoşlamır. Dənizdəki canlılardan qorxmasa da, yosunun üstünə ayağını basa bilmir.

Hazal Kaya isə avtomobil qəzasından qorxur. Avtomobil idarə etsə də, yük maşınlarından çox qorxur.

Neslihan Atagül qapalı məkanlarda uzun müddət qala bilmir.

Beren Saatın ən böyük qorxusu zorlanmaqdır.

Murad Boz almanı çox xoşlayır. Bir almanı görüb yeməsə, gözlərindən yaş gəlir və ağlayır.

Hande Ataizinin ən çox qorxduğu isə avtomobil qəzasında ölməkdir.

Kıvanç Tatlıtuğ tənahlıqdan çox qorxur.

Demet Akalın gözdəymədən qorxur. Hər dəfə səhnəyə çıxmadan əvvəl gözmuncuğunu oxşayır.

Seren Serengil getdiyi hər restoranda itləri üçün boşqabda yemək verdirir.

Cem Yılmaz səhnəyə çıxmadan əvvəl şirin çay içir.

Seray Sever şokolad və türk qəhvəsini çox xoşlayır. Hər gün bir fincan qəhvə içir. Pəhrizdə olduğu zaman da şokoladdan vaz keçə bilmir.

Hülya Avşar səhnəyə dua etmədən çıxmır.

Deniz Akkaya dostlarının ad günü və evlilik ildönümlərini unutmur. Mütləq mavi güllər göndərir.

Zinyet Salinin ən böyük qorxusu  zəlzələdir.

Teomanın ən böyük qorxusu ölməkdir. Ölüm düşüncəsi onun tüklərini biz-biz edir.

Çağla Şikel səhər qəhvəaltı etmədən evdən çölə çıxmır.

Tülin Şahin çayı armudu stəkanda içir. Pendir və şokoladı çox xoşlayır.

Mazhar Alanson hər səfərində parik alır. Evində 200 parik var.

Banu Alkan ananas və manqosuz yaşaya bilmir.

Sergen Yalçının bir çox fobiyası var. Əsasən liftdən və qapalı məkanda qalmaqdan qorxur. Eyni zamanda hündürlüyə qarşı da fobiyası var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/750986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR