Bu il Azərbaycanda körpələrə 10 yeni ad qoyulub

Bu il Azərbaycanda körpələrə 10 yeni ad qoyulub
17:12 30 Aprel 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin aprel ayı ərzində Azərbaycanda körpələrə qoyulan yeni adlar məlum olub.
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova “Report”a açıqlamasında bildirib ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyasına Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan adlar arasında 10-u yenidir:
“Müraciət olunan adlar arasında yenilərinə də rast gəlinib. Aytər, Onur, Elyar, Human, Zehin, əkiz bacılar üçün qoyulan İmanə və Cəmanə, Melih, Behcat və Elana adları Komissiyaya daxil olan yeni adlardır”.
Qeyd edək ki, bu ilin aprel ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyasına adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən 60 müraciət daxil olub.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/bu-il-azerbaycanda-usaqlara-qoyulan-yeni-adlar-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR