Bu adların uşaqlara qoyulmasının qarşısı alınıb

Bu adların uşaqlara qoyulmasının qarşısı alınıb
17:13 30 Aprel 2019
99 Ölkə
Ölkə mətbuatı
A- A+

“Aprel ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyasına adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 60 müraciətə baxılıb”.

Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, müraciətlərdə qeyd olunan 16 adın qoyulması tövsiyə edilməyib və cavab müsbət olmayıb.

Eyni zamanda valideynlərin övladlarına qondarma ad qoymaq cəhdlərinin qarşısı alınıb: “Valideynlər tərəfindən övladlarına Piriş, Odumi, Xeyirxəbər, Həftik, Bostan, Ramen, Yaşasin, Hərdəm, Serra, Nigah, Qansız, Nicəliş, Görüş, Qiymətəli, Göygöz və Məşti adlarının qoyulmasının qarşısı alınıb. Bu adlar tövsiyə edilmədiyi üçün həmin adların uşaqlara qoyulmasına icazə verilməyib”. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/277256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR