22 yaşlı gənc sahibkarı al qana buladı- DƏHŞƏT

22 yaşlı gənc sahibkarı al qana buladı- DƏHŞƏT
17:19 30 Aprel 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

Zərdabda qanlı hadisə baş verib. 
 
Lent.az-ın məlumatına görə,  rayonun Otmanoba kənd sakini, 1988-ci il təvəllüdlü Bəşarət Qasımov bıçaqlanıb. 
 
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
 
Araşdırmalar zamanı məlum olub ki, Bəşarət Qasımovu Kürdəmir rayon sakini, 1996-ci il təvəllüdlü Elçin Qədirov kürəyindən bıçaqlayıb. 
 
Bildirilir ki, Elçin Qədirov Bəşarət Qasımovu onun sahibi olduğu mağazanın qarşısında aralarında yaranan mübahisə zəminində bıçaqlayıb.  
 
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci ,(qəsdən sağlamlığa ağır zərər vurma)  maddəsi ilə cinayət işi başlanıb.  22 yaşlı Elçin Qədirov saxlanılıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313053

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR