Evə gec gələn qızını izləmək üçün

Türkiyənin Antalya şəhərində qadın geyimi geyərək evə gec gələn ögey qızını izləyən 35 yaşlı O. A polis tərəfindən saxlanılıb.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, hadisə Antalyada bir parkda baş verib. Parkdan keçənlər qadın geyimləri ilə oturacaqda oturan şübhəli bir adam görüb. Vətəndaşların xəbərdarlığından sonra hadisə yerinə gələn polislər qadın paltarı geyən adamı saxlayıb.

Əlində iki kişik şar və qadın geyimləri ilə polisə ifadə verən O. A geniş miqyaslı araşdırma aparmaq üçün polis mərkəzinə aparılıb.

O. A-nın parka velosipedi ilə gəldiyi və evə daimi olaraq gec gələn ögey qızını izləmək üçün qadın geyimi geydiyi bildirilib.



http://metbuat-az.com/news/1178035/muselman-model-ele-bir-sey-etdi-ki.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR