SON DƏQİQƏ! Tanınmış model ÖLDÜ:

Brazilyalı model Karalina Bittenkort İlhabela dasında çıxan fırtına səbəbilə okeana düşən itlərini xilas etmək istəyərkən ölüb.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, hadisə baş verən zaman gəmidə modelin həyat yoldaşı Corc Sest olub. Corc Karolinanı xilas etmək üçün arxasınca suya atılıb.

37 yaşlı modelin cansız bədəni Sao Paulonun şimal bölgəsindəki Kiqarras çimərliyi yaxınlarında tapılıb. Yoldaşını xilas etmək üçün atılan Corc isə 3 saatdan sonra xilasedicilər tərəfdən okeandan çıxarılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR