Messi Kataloniyanın ən nüfuzlu mükafatlarından birini alıb

Messi Kataloniyanın ən nüfuzlu mükafatlarından birini alıb
17:47 30 Aprel 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Barselona" komandasının futbolçusu Lionel Messi "Sant Xordi" xaçını alıb.
"Report" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
Bu, Kataloniyada ən nüfuzlu mükafatlardan hesab olunur. Mükafat 1981-ci ildən bəri hər il səyləri ilə İspaniya cəmiyyətinə kömək edən insanlara verilir.
Kataloniya təmsilçisinin saytı Messinin bütün dövrlərin ən yaxşı futbolçusu olduğunu yazıb. Saytda həmçinin təcrübəli oyunçunun erkən yaşda Argentinadan Kataloniyaya gəldiyi vurğulanıb.
Qeyd edək ki, Lionel Messi "Barselona" komandası ilə 34 titul qazanıb. Bu isə klubun tarixində ən yaxşı nəticədir. Argentinalı forvard 598 topla Kataloniya təmsilçisinin tarixində ən çox qol vuran futbolçudur. O, 5 dəfə dünyanın ən yaxşı futbolçusu seçilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/messi-kataloniyanin-en-nufuzlu-mukafatlarindan-birini-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR