Əhaliyə şad xəbər:

Bu gün Tarif Şurasının növbəti iclası keçirilib.

Metbuat.az -ın məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev təbii qazdan istifadəyə görə limitin artırıldığını bəyan edib. Nazirin sözlərinə görə, qərar may ayının 1-dən etibarən qüvvəyə minəcək.

"Əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə təbii qazın illik istifadə limiti 2200 kubmetrədək artırılıb. Mövcud qərardan sonra əhalinin 85 faizi güzəştli tariflərlə limitdən istifadə edəcək", - deyə nazir vurğulayıb.

Ş.Mustafayev qeyd edib ki, ilin əvvəlindən 1700 kubmetrlik qaz limitini keçənlərin hesabları sıfırlanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR