Venesuelada hərbi müəssisənin rəhbəri saxlanıldı - VİDEO

Venesuelada hərbi müəssisənin rəhbəri saxlanıldı - VİDEO
19:33 30 Aprel 2019
42 Digər
Ölkə mətbuatı
A- A+

Venesuela müxalifətinin lideri Xuan Quaidoya bağlı silahlı dəstələr tərəfindən Marakai şəhərində silah istehsal edən “Cavim” dövlət müəssisəsinin rəhbəri, general Karlos Armas Lopes saxlanılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Venesuelada olan bəzi jurnalistlər bildiriblər.

Başqa mənbələr həmin məlumatı hələlik təsdiqləmir.

"Assoşieyted Press" agentliyi xəbər verir ki, Karakasda bir qədər əvvəl müxalifət lideri Xuan Quaidonun çıxış etdiyi hərbi hava qüvvələrinin bazası yaxınlığında toqquşmalar başlayıb, bibər qazı tətbiq olunur. X.Quaidonun isə hökumət tərəfdarı hərbçilər gələnədək ərazini tərk etmədiyi bildirilir.

Venesuela müxalifətinin lideri Xuan Quaydo paytaxt Karakas şəhərində bəzi hərbi h

Venesuela Xarici İşlər naziri Xorxe Arreaza dövlət çevrilişənə cəhddə Kolumbiyanı ittiham edib. Onun sözlərinə görə, çevrilişə cəhdi Kolumbiya hökuməti maliyyələşdirir.

Venesuela Prezidenti Nikolas Maduro çevriliş olayı ilə bağlı ilk açıqlamasını verib.

“Əsgərlərlə danışdım, mənə sadiqdirlər”, - deyə dövlət başçısı bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/277275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR