21 marşrutun hərəkət istiqaməti dəyişir - SİYAHI

21 marşrutun hərəkət istiqaməti dəyişir - SİYAHI
19:49 30 Aprel 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Aparılan təmir işləri ilə əlaqədar olaraq aprelin 30-dan may ayının 1-nə keçən gecədən etibarən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsinin Biləcəri enişi adlanan yolunun dairəyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
 
Xəbərə görə, məhdudlaşdırma ilə bağlı həmin ərazidən fəaliyyət göstərən 2, 7A, 13, 14, 29, 37, 59, 67, 83, 91, 92, 96, 114A, 114B, 117, 130, 135, 142, 158, 159 və 170 nömrəli müntəzəm marşrutların hərəkətində dəyişiklik edilərək:
 
- 2, 7A, 13, 14, 29, 37, 59, 96 nömrəli marşrutlar “Ekologiya” postunun yaxınlığından geriyə dönməklə, “Beynəlxalq Avtovağzal Kompleksi”nə təşkil ediləcəkdir.
 
- 114A, 114B, 135, 159, 170 nömrəli marşrutlar Biləcəri dairəsinə daxil olmadan Bakı-Sumqayıt şosesi ilə hərəkət edəcəklər.
 
- 130, 142, 117, 158 nömrəli marşrutlar ətraf qəsəbələr istiqamətində hərəkət edərkən şamaxinka dairəsi adlanan ərazidən keçməklə təşkil ediləcəkdir .
 
- 67, 83, 92 nömrəli marşrutlar Biləcəri qəsəbəsi istiqamətində Biləcəri dairəsinə daxil olmadan R.İsmayılov, Y.Hüseynov küçələri ilə hərəkət edəcəklər.
 
- 91 nömrəli marşrut Q.Süleymanov, R.İsmayılov, Y.Hüseynov küçələri ilə hərəkət edəcək.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313069

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR