Elşad Miri: "Din düzgün tədris olunmazsa, uşaqlar ateist olacaq"

Elşad Miri: "Din düzgün tədris olunmazsa, uşaqlar ateist olacaq"
19:52 30 Aprel 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

Dini tədris üçün vəsaitlər doğru hazırlanmaz, tədris aparacaq şəxslər doğru seçilməzsə, uşaqlar dindən uzaqlaşa bilərlər.

Milli.Az bildirir ki, bu sözləri Oxu.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının gələn ilin sentyabrından bütün ali məktəblərdə İslam dini və digər dinlər haqqında icbari dərslərin keçiriləcəyinə dair açıqlamasına münasibət bildirərkən deyib.

O, bəzi önəmli məqamlara toxunub:

"Əsas məsələ odur ki, tədrisin həvalə olunduğu şəxs və ya şəxslər uşaqların suallarına cavab verə biləcəkmi? Əgər uşaqlar suallarına cavab ala bilməsələr, dindən uzaqlaşaraq ateistliyə meyil edəcəklər".

E.Miri onu da əlavə edib ki, dini əzbərçilik, ölü tarix bilgisi verərək təbliğ etməyin əhəmiyyəti yoxdur:

"Düşünürəm ki, uşaqlara İslamı digər dinlərlə müqayisəli şəkildə öyrənə biləcəkləri şərait yaratmaq lazımdır.Bu məsələnin tərtibi ilə məşğul olan şəxslər çox diqqətli olmalıdırlar. Çünki kadrların özlərinin də dini inancları və din haqqında təfəkkürləri önəmlidir.

Məsəl üçün deyək, bir insan hər hansı bir mənsəbə,təriqətə qulluq edirsə, hazırlanacaq tədris vəsaitindən asılı olmayaraq, həmin şəxs uşaqlara öz düşüncələrini aşılayacaq. Bu isə çox ciddi fəsadlara yol aça bilər".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/religion/751079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR