Alimlərdən bəd xəbər - Xərçəngdən tam sağalmaq mümkün deyil

Alimlərdən bəd xəbər - Xərçəngdən tam sağalmaq mümkün deyil
20:12 30 Aprel 2019
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Əksər hallarda insan orqanizmində bütün xərçəngli hüceyrələri məhv etmək mümkün olmur. Xərçənglə mübarizədə daha effektiv metod metastazların inkişafını əngəlləməkdir. "Lock-'n'-block" adlandırılan yeni yanaşma artıq heyvanlar üzərində uğurlu şəkildə sınaqdan keçirilib.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, bunu ABŞ-ın Perdyü Universitetinin tibbi kimya və molekulyar əczaçılıq kafedrasının dosenti Maykl Vendt bildirib.

Onun sözlərinə görə  siçanlar üzərində aparılan sınaqların nəticəsi, fostamatinib (immun trombositopeniyanın müalicəsi üçün nəzərdə tutulan peroral dərman preparatı - red.) ikinci dərəcəli şişli ocaqların, yəni sadə dillə desək metastazların meydana gəlməsinin qarşını alır. O metastazlı hüceyrələrin tərkibində olan xüsusi zülalalı - SYK tirozinkinazını inhibasiya (boğmaq, kimyəvi reaksiyaların sürətini azaltmaq - red.) edə bilir.

İlkin ocaqda qan damar sistemi ilə digər bədən üzvlərinə yayılan bu hüceyrələr uzun illər davam edə bilən lanentlik dövründən keçir və terapiyaya güclü davamlılıq göstərir.

Alimlər süd vəzisinin bədxaxssəli şişlərinin biolüminesent lüsiferaz zülalını hasil etməsi üçün onları modifikasiya edib, daha sonra dördhəftəlik gəmiricilərin orqanizminə yeridib. Şiş 200 kub millimetr ölçüyə çatanda, onu cərrahi müdaxilə yolu ilə kənarlaşdırıblar, ardınca heyvanları fostamatiniblə müalicə ediblər.

Lüsiferaz alimlərin metastazlı hüceyrələrin yayılma aktivliyini və çevrəsini müşahidə etməsinə imkan verib. Araşdırma göstərib ki, fostamatinib metastazların aktivləşməsinin qarşısını alır və ya ona əngəl yaradır.

Alimlərin sözlərinə görə, döş vəzi xərçəngi hazırda müalicəsi olmayan xroniki xəstəlik kimi nəzərdən keçirilir. Hətta ilkin şiş uğurlu şəkildə kənarlaşdırılanda belə, 10-20 ildən sonra ikinci dərəcəli ocaqlar meydana gələ bilir.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/751086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR