Region Liqasında finalçılar və üçüncü yerin sahibi müəyyənləşib

Region Liqasında finalçılar və üçüncü yerin sahibi müəyyənləşib
20:17 30 Aprel 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

AFFA-nın təşkil etdiyi Region Liqasında finalçılar və üçüncü yerin sahibi müəyyənləşib. 
"Report" xəbər verir ki, Region Liqasının İşçi Qrupu İntizam Komitəsinin “Füzuli” – “FC Baku” oyunu ilə bağlı çıxardığı qərara əsasən, “Şahdağ” komandasının birbaşa final matçına yüksəlməsi barədə qərar qəbul edib.  
"Şahdağ" həlledici görüşdə Sumqayıtın "Uğur" kollektivi ilə qarşılaşacaq. Eyni zamanda digər yarımfinal görüşündə “Uğur”a məğlub olan “Araz-Naxçıvan” birbaşa olaraq Region Liqasında 3-cü yeri tutub. 
Qeyd edək ki, AFFA İntizam Komitəsi yarımfinal mərhələsindəki “FC Baku” – “Şahdağ” oyununu ləğv edib və hər iki kollektivi mövsümün sonuna kimi turnirdən uzaqlaşdırıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/region-liqasinda-finalcilar-ve-ucuncu-yerin-sahibi-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR