Öz adını dəyişdirmək və başqa ad qəbul etmək İslamda icazəlidirmi?

Öz adını dəyişdirmək və başqa ad qəbul etmək İslamda icazəlidirmi?
21:57 30 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Ad insan həyatında mühüm təsir qoyan amillərdəndir. Belə ki, müsbət adlar insanın özündə arxayınlıq, ətrafdakılarda rəğbət yaradır. Əksinə, mənfi adlar insana psixoloji təsir edir, onu kompleksə salır. Buna görə də valideynlər övlada ad qoyarkən xüsusilə diqqətli olmalıdırlar. Dinimizin bəyəndiyi, qulağa xoş gələn, ətrafdakılarda xoş duyğular yaradan adlardan istifadə etmək lazımdır. Müqəddəs şəxslərin adlarına, Allaha bəndəliyi vurğulayan adlara üstünlük vermək məsləhətdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, əgər ad mənfi mənaya malikdirsə, yaxud eşidənlərdə istehza yaradırsa və insana utanc verirsə, bu adı dəyişdirmək olar. Dinimiz bu məqsədlə ad dəyişdirməyi qadağan etmir. Tarixdən məlumdur ki, Peyğəmbərimiz (s) də cahiliyyə dövrünün inancına uyğun şəkildə, bütlərin şərəfinə qoyulmuş adları dəyişdirir, səhabələrə İslama uyğun yeni adlar qoyurdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/750498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR