Kürdəmirdə yol qəzasında 1 nəfər xəsarət alıb

Kürdəmirdə yol qəzasında 1 nəfər xəsarət alıb
22:12 30 Aprel 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, rayonun Topalhəsənli kənd sakini Ağayev Əflatun Oruc oğlunun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili "KamAz" markalı yük maşını ilə toqquşub. Nəticədə Ə.Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kurdemirde-yol-qezasinda-1-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR