Türkiyə və Azərbaycanın müdafiə sənayesi üzrə əməkdaşlığı müzakirə olundu

Türkiyə və Azərbaycanın müdafiə sənayesi üzrə əməkdaşlığı müzakirə olundu
22:13 30 Aprel 2019
102 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 30-da İstanbulda keçirilən “IDEF-2019” sərgisi çərçivəsində müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmirlə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən (MSS) Publika.az-a bildirilib ki, səmimi keçən görüşdə iki qardaş ölkə arasında müdafiə sənayesi üzrə mövcud əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Nazir müavini Türkiyədə XIV dəfə təşkil olunan beynəlxalq müdafiə sənayesi sərgisinin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb, iki qardaş ölkə arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.

Sərgi çərçivəsində nazir müavini “IDEF-2019”də öz məhsullarını nümayiş etdirən Türkiyənin “ASELSAN” şirkətinin stendində olub və şirkətin nümayəndələri ilə görüşüb.

Eyni zamanda, nazir müavini Pakistanın “GİDS” şirkətinin stendini ziyarət edib, şirkətin icraçı direktoru Tariq Cavaidlə görüşüb.

Səmimi və mehribançılıq şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/277286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR