Molla Quran açıb “sənin bəxtin bağlanıb” deyirsə, onun sözünə inanmaq olar?

Molla Quran açıb “sənin bəxtin bağlanıb” deyirsə, onun sözünə inanmaq olar?
22:57 30 Aprel 2019
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dinimizə görə, Quranla istixarə etmək icazəlidir. İstixarə bu deməkdir ki, insan hər hansı əməli etmək və etməmək barədə qəti qərara gələ bilmirsə, bu yollardan hansının yaxşı, hansının pis olduğunu ayırd etmirsə, heç bir məntiqi yolla, soruşmaqla seçim etməyə qadir deyilsə, müəyyən edilmiş qaydalar əsasında Quran açaraq, Allahdan çıxış yolunu ona göstərməsini istəyir.

Milli.Az islam.az-a istinadən bildirir ki, lakin Qurandan fal vasitəsi kimi istifadə etmək haramdır. Quran gələcəkdən xəbər vermək, falçılıq və kahinlik etmək üçün göndərilməyib. Bu işlə məşğul olanlar fırıldaqçı insanlardır və onların sözünə inanmaq düzgün deyil. Quranla bəxtin bağlandığını təyin etmək, bəxt açmaq və ya bağlamaq mümkün deyil, bunu iddia etmək dələduzluqdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/750497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR