Bu beş işi et, sonra hansı günahı istəsən, yerinə yetir

Bu beş işi et, sonra hansı günahı istəsən, yerinə yetir
23:17 30 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bir nəfər İmam Hüseynin (ə) xidmətinə çatır və deyir ki, mən günahkar bir insanam. Özümü günahdan qoruya bilmirəm. Ona görə də sizin nəsihətinizə ehtiyacım vardır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam (ə) buyurur: "Bu beş işi gör və sonra nə qədər istəsən, günah et!

1. Allahın ruzisini yemə və hər günahı istəsən, yerinə yetir!

2. Allahın hakimiyyətindən xaric ol və hər günahı istəsən, yerinə yetir!

3. Elə yer tap ki, Allah səni tapa bilməsin, sonra hansı günahı istəsən, yerinə yetir!

4. O zaman ki, ölüm mələyi sənin canını almaq üçün gələcəkdir, bacarsan, onu özündən uzaqlaşdır və sonra hansı günahı istəsən, yerinə yetir!

5. O zaman ki, cəhənnəmin maliki səni cəhənnəmə daxil edər, əgər imkanın varsa, daxil olma və sonra hansı günaha meyil etsən - onu yerinə yetir!".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/750506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR