Hesab vermədən behiştə necə getmək?

Hesab vermədən behiştə necə getmək?
23:22 30 Aprel 2019
Ölkə mətbuatı
A- A+

"Həqiqətən təqvalılar cənnətlər, bağlar, axar çaylar, daimi rifah və aydınlıq içərisində olacaqlar. Kamal və qüdrət sahibi olan hökmdarın yanında, doğruluq məqamında (həqiqi iman və əməl müqabilində verilən və yaxud doğru əqidə və əməlin təzahürü olan məqamda olacaqlar)". ("Qəmər" 54-55).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, Qiyamət günü gəlib çatar, Allah bütün xəlqi bir yerdə toplayar. Carçı car çəkər: "Səbir əhli haradadır?".

Sonra başqa carçı deyər: "Fəzl əhli haradadır?".

Sonra başqa carçı car çəkər: "Allahın qonşuları haradadır?".

Bir dəstə ayağa qalxar və mələklər onları qarşılamağa tələsərlər. Onlara deyərlər ki, siz dünyada nə etmisiniz ki, bu gün Allahın qonşusu olmusunuz?

Onlar cavab verərlər: "Biz hər şeyi və hər kəsi Allaha görə sevdik, onun yolunda infaq etdik və onun üçün bir-birimizə yardım etdik".

Xitab gələr: "Mənim bəndələrim düz deyirlər. Onları buraxın ki, hesab vermədən behiştdə, Allahın qonşusu olmağa getsinlər"".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/750500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR