Süni mayalanma yolu ilə alınmış buzovların sayı 48 faiz artıb

Süni mayalanma yolu ilə alınmış buzovların sayı 48 faiz artıb
06:12 1 May 2019
107 Digər
Ölkə mətbuatı
A- A+

"2018-ci ildə süni mayalanma yolu ilə alınmış buzovların sayı əvvəlki illə müqayisədə 48 faiz artıb".
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
"Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və xaricdən yüksək genetik potensiala malik heyvanların gətirilməsi tədbirləri davam etdirilir. Keçən ildən yerli təsərrüfatlardan cins heyvanların alınması mexanizminin tətbiqinə başlanılıb. 2018-ci ildə süni mayalanma yolu ilə alınmış buzovların sayı əvvəlki illə müqayisədə 48 faiz artıb. Texnikalarda olduğu kimi, fermerlər damazlıq heyvanları da bu ildən “Aqrolizinq” ASC-dən deyil, 60 faiz güzəşt və 3 il faizsiz kredit tətbiq edilməklə istədikləri şirkətdən ala biləcəklər", - deyə nazir bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/suni-mayalanma-yolu-ile-alinmis-buzovlarin-sayi-48-faiz-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR