Gürcüstan Milli Təhlükəsizlik Şurasına yeni katib təyin olundu

Gürcüstan Milli Təhlükəsizlik Şurasına yeni katib təyin olundu
06:18 1 May 2019
91 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan Milli Təhlükəsizlik Şurasına yeni katib təyin olunub.

Publika.az xəbər verir ki, Baş nazir Mamuka Baxtadzenin imzaladığı yeni əmrə əsasən, onun müavini, Daxili İşlər Naziri Qeorqi Qaxariya eyni zamanda Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsini yerinə yetirəcək.

Milli Təhlükəsizlik Şurasının yeni tərkibdə ilk iclası Mamuka Baxtadzenin rəhbərliyi ilə mayın 12-də keçiriləcək.

Gürcüstan Milli Təhlükəsizlik Şurası Baş nazirin rəhbərliyi ilə 8 nəfərdən ibarət olan məşvərətçi orqandır.

Şuranın daimi üzvləri daxili işlər, xarici işlər, maliyyə, müdafiə nazirləri, habelə dövlət təhlükəsizlik və kəşfiyyat xidmətinin rəhbərləri və silahlı qüvvələrin komandanıdır.

Şura milli təhlükəsizliyin planlaşdırılması və koordinasiyası ilə bağlı siyasi strategiya hazırlayır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/southcaucasus/277299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR