İranın Kirman vilayəti günəş panelli stansiyaların pilot layihəsinə çevrilə bilər

İranın Kirman vilayəti günəş panelli stansiyaların pilot layihəsinə çevrilə bilər
06:43 1 May 2019
82 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Elnur Bağışov - Trend:

İranın Kirman vilayəti İranda 5 meqavatlıq günəş panelli stansiyaların pilot layihəsinə çevrilmə potensialına sahibdir.

Trend-in məlumatına görə, bunu İran parlamentinin iqtisadiyyat komissiyasının sədri Məhəmmədrza Puribrahimi deyib.

M.Puribrahiminin sözlərinə görə, hal-hazırda vilayətdə İmam Xomeyni İmdad Komitəsinin himayəsində olan ailələr üçün 700 günəş panelli stansiya quraşdırılıb.

Puribrahimi əlavə edib ki, 520 günəş panelli stansiya da istismara verilməyə hazırdır.

Kirman vilayətində İranın İmam Xomeyni İmdad Komitəsinin himayəsində təxminən 103 min ailə var. Bu komitə Kirman vilayətində himayəsində olan ailələr üçün 5 kilovatlıq günəş panelli stansiyalar quraşdırır.

Günəş panelli stansiyaların istehsal etdiyi elektrik enerjisindən istifadə edən ailələrin gəliri orta hesabla aylıq təxminən 8 milyon rialdır (təxminən 190 dollar). Həmin məbləğin kiçik bir hissəsi onlardan kredit olaraq tutulur və qalan hissəsi ailələrə ödənilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3055158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR