Yunanlar dünyada mobil internet xidməti üçün ən çox vəsait ödəyənlərin sırasındadırlar

Yunanlar dünyada mobil internet xidməti üçün ən çox vəsait ödəyənlərin sırasındadırlar
07:12 1 May 2019
92 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın "Cable" şirkətinin 230 ölkədə apardığı sorğuya əsasən, yunanlar 1 giqabayt internet məlumatını mobil cihazlarında əldə etmək üçün verilən məbləğə görə dünyada 7-ci yeri tuturlar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Yunanıstanda 1 giqabayt internetin qiyməti 28,93 avro təşkil edir. Dünya üzrə isə orta göstərici 7,5 avrodur.

Dünyada bu xidmətə görə ən çox vəsait tutulan ölkə isə Zimbabvedir. Burada 1 giqabayt internetin qiyməti 66 avrodur. Bu xidməti ən ucuz isə Hindistanda əldə etmək olar. Burada 1 giqabayt həcmdə internetin qiyməti 0,22 avrodur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/751015.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR