Fransada etiraz aksiyalarına cavab tədbirləri 17 milyard avroya başa gələcək

Fransada etiraz aksiyalarına cavab tədbirləri 17 milyard avroya başa gələcək
07:22 1 May 2019
85 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada "sarı jiletlər" aksiyasına Prezident Emmanuel Makronun elan etdiyi cavab tədbirləri ölkə büdcəsinə 17 milyard avroya başa gələcək.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və maliyyə naziri Brüno Le Mer bildirib. Nazirin sözlərinə görə, 5 milyard avro gəlir vergisinə, qalan vəsait isə pensiyaların indeksləşdirilməsinə və digər tədbirlərə ayrılacaq. Brüno Le Mer gəlir vergisinin 2020-ci il yanvarın 1-dən başlayaraq azaldılması təklifini irəli sürüb.

Ötən həftə Emmanuel Makron "sarı jiletlərin" etirazına cavab olaraq ölkədə keçirilən milli debatların nəticələri ilə bağlı böyük mətbuat konfransı təşkil edib. Fransa lideri işləyən vətəndaşlar üçün verginin azaldılmasını, 2020-ci ildən pensiyaların indeksasiyası da daxil olmaqla bir sıra digər tədbirləri elan edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/751020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR