Azərbaycandan Türkiyəyə gedənlərin sayı bir ayda 60 mini keçib

Azərbaycandan Türkiyəyə gedənlərin sayı bir ayda 60 mini keçib
07:36 1 May 2019
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Rufiz Hafizoğlu - Trend:

2019-cu ilin martında Azərbaycandan Türkiyəyə 60,9 min turist səfər edib. Bu barədə Trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 5,35 faiz çoxdur.

Qeyd olunub ki, ölkəyə gələn xarici turistlər arasında azərbaycanlıların payı 2,73 faiz təşkil edib.

Bu ilin birinci rübündə Türkiyəyə 158,4 min azərbaycanlı turist səfər edib ki, bu da 2018-ci ilin birinci rübü ilə müqayisədə 2,69 faiz çoxdur.

Nazirlikdən deyilib ki, ümumilikdə mart ayında Türkiyəyə 2,746 milyon turist səfər edib. Bu, 2018-ci ilin mart ayı ilə müqayisədə 6,39 faiz çoxdur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3054749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR