Avropada əlillər üçün ən rahat beş şəhər

Avropada əlillər üçün ən rahat beş şəhər
07:37 1 May 2019
101 Dünya
Ölkə mətbuatı
A- A+

İspaniyanın Viqo şəhəri fiziki imkanları məhdud olan şəxslər üçün Avropanın daha uyğunlaşdırılmış beş şəhəri sırasına daxil edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Münasib şəhər" reytinqi Avropa Komissiyası və Əlillərin Problemləri üzrə Avropa Forumu tərəfindən tərtib edilib. Bu reytinqə əhalisinin sayı 50 min nəfərdən çox olan şəhərlər daxil edilib.

Birincilər sırasına düşmək üçün şəhər əlillərin rahat hərəkəti üçün bütün zəruri şəraitə, o cümlədən nəqliyyat, informasiya, yol və s. infrastrukturuna malik olmalıdır. Həmçinin yeni işlənib hazırlanan texnologiyaların şəhər hakimiyyət orqanları tərəfindən nə dərəcədə çevik tətbiq edilməsi də nəzərə alınıb.

Top-beşliyə, həmçinin Hollandiyanın Breda, Fransanın Evrö, Polşanın Qdınya və Macarıstanın Kapoşvar şəhərləri daxil edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/751018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR