Kanadada yaz daşqınları səbəbindən 12 min insan təxliyyə edilib

Kanadada yaz daşqınları səbəbindən 12 min insan təxliyyə edilib
07:52 1 May 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

Yazın gəlişi ilə əlaqədar çayların daşması səbəbindən Kanadanın şərqində yerləşən Kvebek, Ontario və Nyu-Bransuik əyalətlərində 12 mindən çox insan təxliyyə edilib.
"Report" xəbər verir ki, bu barədə yerli CTV telekanalı məlumat yayıb.
"Kvebekdə ümumilikdə 6704 yaşayış evi su altında qalıb, 3483 ev su ilə əhatə olunub. 10 mindən çox insan öz evini tərk etmək məcburiyyətində qalıb", - deyə məlumatda bildirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kanadada-yaz-dasqinlari-sebebinden-12-min-insan-texliyye-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR