Keçən il Gürcüstandan xarici ölkələrə köçənlərin sayı artıb

Keçən il Gürcüstandan xarici ölkələrə köçənlərin sayı artıb
08:12 1 May 2019
89 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstandan xarici ölkələrə mühacirət edənlərin sayı 2018-ci ildə 98 min 935 nəfər təşkil edib. Bu da 2017-ci illə müqayisədə 15,8 faiz çoxdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin illik hesabatında deyilir.

Bildirilir ki, keçən il ölkədən mühacirət edənlərin 86,6 faizini əmək qabiliyyətli insanlar (15-64 yaş qrupu) təşkil edib.

Hesabata görə, ötən il Gürcüstana gələn mühacirlərin sayı da isə 2017-ci illə müqayisədə 5,9 faiz artaraq 88 min 152 nəfərə çatıb. Ölkəyə gələn immiqrantların 84,5 faizi əmək qabiliyyətli insanlardır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/751012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR