Kanadada 12 mindənçox insan daşqınlara görə təxliyə olunub

Kanadada 12 mindənçox insan daşqınlara görə təxliyə olunub
08:36 1 May 2019
98 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Kanadanın Kvebek, Nyu-Bransuik və Ontario vilayətlərində 12 mindən çox insan daşqınlara görə evlərini tərk etməli olub.

Trend-in məlumatına görə, Kvebekdə çayların daşmasına görə 10 mindən çox insan evini tərk edib. Hal-hazırda vilayərdə 6,7 mində çox evi basıb, daha 3,4 min ev isə su ilə əhatə olunub.

Nyu-Bransuik vilayətində eyni səbəbdən 9,2 min ev zərər çəkib, Ontarioda isə - mindən çox ev.

Qeyd olunan yerlərdə 2,5 mindən çox Kanadanın Silahlı Qüvvələrinin hərbçisi var. Onlar könüllülərlə birgə çay sahilləri boyu bəndlər quraşdırır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3055164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR