İbtidai siniflərin yaz tətili başlayıb

İbtidai siniflərin yaz tətili başlayıb
08:42 1 May 2019
98 Digər
Ölkə mətbuatı
A- A+

Bu gündən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayıb.
“Report” xəbər verir ki, tətilə mayın 1-də start veriləcək.
Tətil mayın 5-dək davam edəcək. Mayın 6-da dərs olacaq.
Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2018-2019-cu dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb: birinci yarımil - 15 sentyabr-26 yanvar; ikinci yarımil - 1 fevral-14 iyun.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/i-btidai-siniflerin-yaz-tetili-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR