23 yaşlı qadın nənə oldu - Dünyanın ən gənc nənəsinin FOTOSU

23 yaşlı qadın nənə oldu - Dünyanın ən gənc nənəsinin FOTOSU
08:52 1 May 2019
142 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın ən cavan anası Peru sakini Lina Medina hesab edilir.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Lina 1939-cu ildə 5 yaşı olsa da, sağlam övlad dünyaya gətirib. Bu dəfə isə Rumıniyada 23 yaşlı qaraçı Rifka Stanesku dünyanın ən gənc nənəsi ünvanına sahib olub.

Rifka 12 yaşı olanda ana olub. Onun həyatı isə hind filminin süjetinə bənzəyir. O, qiymətli əşyalar satan dükan sahibinin oğluna aşiq olur. Oğlan Rifkadan bir yaş böyük olsa da, böyük məhəbbət macəralar olub. Oğlanın atası oğlunu varlı bir kişinin qızı ilə nişanlasa da, Rifka və oğlan qaçmağı üstün tuturlar. Onlar Rifkanın qızı Mariya dünyaya gələnə qədər gizlənirlər.

Bundan sonra uşaqların valideynləri taleləri ilə barışdılar və cütlüyü xoş ailə səadəti arzuladılar. Amma ot kökü üstə bitər deyiblər. Mariya da anasının gəzdiyi ağacı budaq-budaq gəzdi və 11 yaşı olanda qucağında uşaq evə gəldi. Uşağın atası isə 12 yaşlı oğlan idi...

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/751176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR