"Barselona" Çempionlar Liqasının yarımfinalında "Liverpul"u qəbul edəcək

"Barselona" Çempionlar Liqasının yarımfinalında "Liverpul"u qəbul edəcək
08:57 1 May 2019
99 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.
"Report"un məlumatına görə, erkən final adlandırılan cütün ilk oyununda "Barselona" İspaniyada İngiltərə "Liverpul"unu qəbul edəcək. "Mersisaydlılar" 1/ 4 finalda Portuqaliyanın "Portu" kollektivini, kataloniyalılar isə İngiltərənin digər təmsilçisi "Mançester Yunayted"i mübarizədən kənarlaşdırıb.
Görüş öncəsi meydan sahiblərinin heyətində itki yoxdur. Qonaqlarda isə yalnız Adam Lallana və Roberto Firminonun durumu sual altındadır.
"Barselona" cari mövsüm Çempionlar Liqasında heç bir görüşdə məğlub olmayıb. "Liverpul" isə qrup mərhələsindəki səfər oyunlarının hamısından məğlubiyyətlə ayrılıb.
Komandalar arasındakı cavab oyunu mayın 7-də təşkil olunacaq. 
Çempionlar Liqası
Yarımfinal, ilk oyun
1 may

23:00. "Barselona" (İspaniya) – "Liverpul" (İngiltərə)
Baş hakim: Byorn Keypers (Hollandiya) 
Kataloniya. "Kamp Nou" 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/barselona-cempionlar-liqasinin-yarimfinalinda-liverpul-u-qebul-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR