Gecə Bakıda qan töküldü

Gecə Bakıda qan töküldü
10:05 1 May 2019
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 43 yaşlı Gəray Ağayev Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Bud və qol nahiyəsindən iki bıçaq xəsarəti alan Gəray Ağayev əməliyyat olunub. Vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/751198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR