SENSASİYA! Meydan TV-nin keçmiş işçisi

Meydan TV-nin xarici təşkilatlardan maliyyələşdiyi sirr deyil.

Metbuat.az xəbər verir ki, bu barədə dəfələrlə mediada yazılar, araşdırmalar dərc olunub.

Daha öncə "Xəzər Xəbər" ortaya çıxarmışdı ki, Meydan TV-nin ermənilərlə yaxından əməkdaşlıq əlaqələri qurduğu və iş birliyi həyata keçirdiyinə dair faktlar meydana çııb. Məlum olub ki, bu resurs özünün anti-Azərbaycan təbliğatını həm də erməni əsilli Anton Kamaryan adlı şəxslə birlikdə həyata keçirir.

A.Kamaryan erməni əslilli Gürcüstan vətəndaşıdır və hazırda Tbilisidə yaşayır. O, 2006-2010-cu illərdə Suxumi Dövlət Universitetinin "Riyaziyyat və Kompüter Elmləri” fakültəsində informasiya texnologiyaları ixtisası üzrə bakalavr, 2013-2018-ci illərdə isə magistr təhsili alıb. 2011-ci ildən müxtəlif şirkətlərdə veb-proqramçı olub. Hazırda Gürcüstanda "ForSet” təşkilatında veb-proqramçı vəzifəsində işləyir və paralel olaraq Meydan TV-nin layihələrində fəal şəkildə çalışır.
A.Kamaryan ardıcıl şəkildə Ermənistana səfərlər edir, internetdə onun bu ölkənin dövlət strukturları ilə yaxın təmaslarına dair faktlar kifayət qədərdir. Kamaryanın Ermənistan xüsusi xidmət orqanları ilə sıx əlaqələri vardır. Yerevanda hazırlanmış bir sıra materialların məhz onun vasitəsilə Meydan TV-yə ötürüldüyü və sonrakı mərhələdə sosial şəbəkələrdə fəal istifadə edildiyi şübhə doğurmur. Belə demək mümkündürsə A.Kamaryan hazırda Ermənistanın dövlət strukturları ilə Meydan TV arasında vasitəçi funksiyasını yerinə yertirir.


Bundan sonra isə Onnik Krikoryanla Meydan TV-nin əməkdaşlığı qalmaqala səbəb olmuşdu.

Bu günlərdə isə Meydan TV-nin rəhbəri Emin Milli istefa verdiyini bəyan edib.

Onun yerinə roker, musiqiçi Camal Əli Meydan TV-nin direktoru kimi işə başlamağı ilə bağlı post paylaşıb.

E.Millinin bu addımı mediada və sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub. Müzakirəçilər sırasında Emin Millinin 1 il öncə “Meydan TV”nin rəhbərliyindən uzaqlaşdığını iddia edənlər də olub.

Bu barədə musavat.com-a danışan İsveçrədə yaşayan azərbaycanlı mühacir yazıçı Ələkbər Əliyev də Emin Millinin 1 il öncə “Meydan TV”nin rəhbərliyindən uzaqlaşdığını təsdiqlədi: “Bunun çoxdan baş verdiyini mən də, bizim dostlarımız da bilirdik. Ancaq bunu yaymaq, ictimailəşdirmək bizim işimiz deyil deyə, bu haqda danışmırdıq. Bir ilə yaxındır biz bilirdik ki, Emin Millinin “Meydan TV” ilə bir əlaqəsi qalmayıb. Tək mən yox, çox adam bunu bilirdi."

Ələkbər Əliyev onu da vurğuladı ki, "Meydan TV" əvvəldən bəyan etdiyi kimi xalqın mediası olmadı, xalqdan maliyyələşməyi bacarmadı: “Azadlıq radiosu, BBC, Amerikanın səsi kimi media orqanlarının adı üstündədir, onlar Konqresdən, İngilis hökumətindən filan maliyyələşirlər. Burada bir sirr yoxdur. Bu media orqanlarında çalışan redaktorlar, jurnalistlər də xaricilər üçün çalışdıqlarını, onlardan maaş aldıqlarını danmırlar. Meydan TV-nin iddiası isə xalqın saytı, televiziyası olmaq idi. Beləcə tənqidi, müxalif yönümlü xəbər portalı kimi fəaliyyətə başladı. İdeya da belə idi ki, bütün azərbaycanlılar birləşsin, bu layihəni dəstəkləsinlər. Bu hər kəsin, hamımızın saytı olsun. Eminin ideyası idi bu. Görünür nələrsə düz getmədi, Eminin istədiyi kimi olmadı. "Meydan TV" təzə fəaliyyətə başlayanda biz də orada idik, hamımız Eminlə birgə başladıq. Sonra Eminə təzyiqlər oldu, Azərbaycandakı QHT mafiyası, qrantyeyənlər, dinozavrlar Eminə çox açıq şəkildə təzyiq etdilər. O da açıq şəkildə bizə məsələni anlatdı. Ona təzyiq etdilər və hətta təhqiramiz ifadələr işlətdilər ki, bu filankəsləri oradan rədd elə. Yoxsa, bizim QHT mafiyasının dəstəyini görməyəcəksən. Sənin bütün qrant kanallarını bağlayarıq. Haqqında yazarıq, səni xaricilərə şikayət edərik.

Emin də bizə dedi ki, dostlar, siz kültür adamlarısız, hətta hökuməti tənqid etsəniz də bunu öz üslubunuzda edirsiniz. Hökumətə yüklənmək lazımdır, yoxsa dəstək olmayacaq. Ona görə də, xoş getdiniz. Biz də dedik axı, biz bundan sonra üslubumuzu dəyişib “vidadiləşə” bilmərik, o zaman Vidadi də yox idi."

Ə.Əliyevin sözlərinə görə, Meydan TV hazırda Qərb dövlətlərinin idarəsi altındadır: “Sayt Qərb fondlarının tabeçiliyinə keçdi, bu günə qədər də yüksələn xətlə, yaxşı maliyyə imkanları ilə fəaliyyət göstərir. Saytın Azərbaycanla heç bir orqanik bağı yoxdur. Diqqət edin bu pisdir, yaxşıdır demirəm. Qiymət vermirəm. Sadəcə olduğu kimi dilə gətirilməsini istəyirəm ki, "Meydan TV"-nin Azadlıq radiosundan, BBC-dən, "Amerikanın səsi"ndən heç bir fərqi yoxdur. Bu sayt da digər üç qurum kimi, xaricilərə tabe olan, onların direktivləri ilə otutub-duran, siyasəti tamamilə Qərbdə təyin olunan layihədir. Bunun deyilməməsi ədalətsizlikdir. Bu sıradan bir qrant, hansısa fonddan alınan 3-5 avro deyil, bu qədər məsum deyil yəni. Bütün bosslar tamamilə xaricilərdir. Emin Milli getdi, başqası gəldi – bunlar dekorasiyadır. Necə ki, bundan əvvəl Emin Milli "Meydan"-da heç nəyi həll etmirdi, bundan sonra da heç bir azərbaycanlı bu saytda heç nəyi həll etməyəcək…»

Renat Xoyski/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR