Çempionlar Liqasında erkən final - "Barselona" "Liverpul"a qarşı

Çempionlar Liqasında erkən final - "Barselona" "Liverpul"a qarşı
10:27 1 May 2019
106 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin digər oyunu keçiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, turnirin son finalçısı "Liverpul" səfərdə "Barselona"nın qonağı olacaq.

Ardıcıl ikinci mövsümdə ÇL-in həlledici oyununa vəsiqə qazanmaq istəyən mersisaydlılar "Nou Kamp"da sərfəli nəticə qazanmağa çalışacaqlar. Bu mövsüm iştirak etdiyi bütün turnirlərdə uğurlu çıxışı ilə yadda qalan kataloniyalılar isə doğma meydan və azarkeş amilindən maksimum yararlanıb, ingilisləri evə əliboş göndərmək istəyirlər.

Çempionlar Liqasında erkən final kimi dəyərləndirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, yarımfinalın digər matçında "Ayaks" səfərdə "Tottenhem"i 1:0 hesabı ilə məğlub edib.

1 may

Çempionlar Liqası

Yarımfinalın ilk oyunu


23:00. "Barselona" - "Liverpul"

30 aprel

"Tottenhem" - "Ayaks" - 0:1
Qol: Van de Biik, 15

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/751197.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR